Vitse-spiker Adil Əliyev Xutorda növbəti dəfə görüş keçirdi - FOTO

 20:55 24.02.2024     233

24 fevral tarixində Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bu gün Milli Məclisə deputat seçildiyi Nərimanov rayonu 20 saylı II seçki dairəsinin ərazisində seçicilərlə görüşüb.

Redaktor.az xəbər verir ki, səyyar qəbul zamanı rayonun I, II Şimal Şitilliyi və IV Aşırım (keçmiş Xutor qəsəbəsi) ərazisində gənclərlə, seçicilərlə görüşərək söhbət edən sədr müavini vətəndaşları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparmışır.

Vitse-spiker Adil Əliyev çıxışında görüşün əsas məqsədinin də məhz uşaqların tərbiyəsi, gənclərin zərərli vərdişlərdən uzaq durması, təhsilə və idmana həvəsləndirmək kimi mühüm məsələləri əhatə etməsini qeyd edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev fevral ayının 14-də Milli Məclisdə andiçmə zamanı gənclərin vətənpərvər ruhda tərbiyəsi məsələsinin vacibliyini qeyd edərək, dövlət başçısının proqram xarakterli çıxışındakı xüsusatlara toxunmuşdur. Sağlam gəncliyin formalaşdırılması üçün zəruri olan bir sıra məsələlərə diqqət çəkərək, məhz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunda bədən tərbiyəsində kütləviliyin təmin olunması ön planda olmasını, 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə Prezident seçilməsi ilə idmana marağın daha da artdığını qeyd edib. Gəncləri, yeniyetmələri, uşaqları milli-mənəvi dəyərlərimizə uyğun şəkildə tərbiyə etmək dövlətimizin, eləcə də hər birimizin əsas vəzifəsi olmasını bildirən vitse-spiker gələcək nəslin tərbiyəsində, sağlam vətəndaş kimi yetişməsində hər kəsin fəal iştirak etməsinin zəruriliyini diqqətə çatdırıb.

İştirak edən seçicilər səmimi görüşə görə öz minnətdarlıqlarını bildirərək, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini və seçkidə qazanılmış yüksək qələbə münasibətilə dövlət başçısını təbrik etdiklərini bildirmişlər.

Görüş zamanı 200-dən artıq uşaqlara, yeniyetmələr və gənclərə idman geyimləri və başqa ləvazimatlar təqdim edilib.

2222