Azərbaycanda daha general işdən ÇIXARILDI

 12:43 26.02.2024     233

Azərforum xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.

Redaktor.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, Ragim Lətifov 18 avqust 2006-cı ildə fövqəladə hallar nazirinin maliyyə məsələləri üzrə müavini təyin edilib.

General-leytenant 23.05.1963-cü ildə Qəbələ şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə fövqəladə hallar nazirinin daha 4 müavini vəzifələrindən azad ediləcək.

Məsələ ilə bağlı FHN-in mətbuat katibi Gülçün Mehtiyeva ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. Bununla bağlı onun “WhatsApp” ünvanına sorğu da göndərilib.

Xatırladaq ki, ötən həftə general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini təyin edilib.