Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu

 17:01 26.02.2024     206

Bu gün saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilərdə və yerüstü qatarlarda fit verilib.