TƏBİB rəhbəri bu xəstəxanaya direktor təyin ETDİ

 18:13 26.02.2024     464

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.

Redaktor.az xəbər verir ki, bu vəzifəni Bakı Sağlamlıq Mərkəzinin Cərahiyyə şöbəsinin müdiri Kamil Hacıyev icra edəcək.

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin etdilən Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında, fevral ayınin 23-də xitam verilib.