“Şoranlaşmada su itkilərinin xüsusi payı var”

 10:48 28.02.2024     179

“Su itkiləri hələ də çox yüksək olaraq qalır. Torpaqlarımızın şoranlaşmasında da su itkilərinin xüsusi payı var”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Deputatın sözlərinə görə, bu məsələdə obyektiv və subyektiv səbəblər var:

Başqa bir misal, sayğaclaşma hələ də başa çatmayıb (90%)-dır. Bu səbəbdən abonentlərə verilən su adambaşı kvota ilə hesablanır, yəni bir nəfərə 5 kub su hesablanır.

Sadəcə olaraq onu bildirmək istərdim ki, bu gün su təsərrüfatı sahəsində uçot və nəzarət işinin təkmilləşdirilməsi həlli vacib məsələ kimi önə çıxmalıdır. Suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Həm içməli, həm də meliorasiya suyunda problemlər var”.