Erkən nikahlarla bağlı təklif - RƏSMİ

 11:03 28.02.2024     206

Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur.

Redaktor.az xəbər verir ki, bu barədə report-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova bildirib.

Onun sözlərinə görə, erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır: "Bu halların qarşısının alınması va cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. Eyni zamanda nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur".