"Suyu gecə-gündüz necə gəldi işlədirlər" - Anar Cəbrayıllı

 16:45 28.02.2024     1914

"Xəzər dənizinin duzsuzlaşdırılması ilə bağlı prezidentin sərəncamı var. "Azərsu" ilə də İsrailin “Mekorot” şirkəti arasında müqavilə imzalanıb. Həmin qurğunun texniki iqtisadi əsaslandırma sənədləri hazırlanır. Hazırda həmin mərhələdədir".

Bu sözləri Redaktor.az-a açıqlmasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi.

O təəssüflə qeyd etdi ki, sudan israfçılıqla və qanunsuz istifadə halları var.

"Uçotsuz, yəni sayğacdan kənar xəttlər var. Təkcə 2023-cü ildə 15 mindən çox belə fakt aşkarlamışıq. Həm sahibkarlar, həm əhali qrupu, vətəndaşlarımız təssüflər olsun ki, sudan qeyri-qanuni, necə gəldi istifadəyə üstünlük verirlər. Yəni sayğacı var, sayğacdan kənar xətt aparır. Bu gün bizim abonentlərin təxminən 10 faizi sayğacsız abonentlərdir. Yəni orada suyu gecə-gündüz necə gəldi işlədirlər. Bu kimi hallar var. Xüsusən də, su ehtiyatlarının azaldığı bir dövrdə sudan qənaətlə istifadə vacibdir", - deyə A.Cəbrayıllı vurğuladı.

Həmidə İBRAHİMLİ