Sahibkarları qaz təchizatında "məşğul" edən PROBLEMLƏR

 18:24 28.02.2024     422

Samir Rəhimov: "Qazla təminatımızda problem yoxdu. Sizdən xahişimiz odur ki, debitor borcun ödənilməsində bizi nəzərə alasınız".

Şirin Ramazanov: "İşlətdiyim hotelin qaz sayğacı 1 aya yaxındır ki, dövri yoxlama müddəti başa çatdığından sökülərək laboratoriyaya aparılıb. Yoxlamanın nəticəsini tez bir zamanda bilmək istərdim".

Elçin Məmmədov: "Özümə məxsus mağazamda qazla bağlı problem yaşamamışam. Bu səbəbdən ölkə başçısına minnətdarlığımı bildirirəm".

Redaktor.az xəbər verir ki, sadalanan müraciətlər "Azəriqaz"ın Zaqatalada keçirilən "Açıq mikrofon" aksiyasında səsləndirilib.

Müraciətləri müvafiq olaraq idman kompleksinin icraçı direktoru, hotel və mağaza sahiblərinə məxsusdur.

Hər 3 müraciət isə Zaqatalada keçirilən "Açıq mikrofon" aksiyasında ünvanlanıb. KOBİA nümayəndəsinin də iştirakı ilə təşkil olunan "Səyyar qəbul otağı" Zaqatala RQİİ-nin məsul şəxsləri tərəfindən problemlərin qeydiyyatı ilə davam edib.