“7-8 icra başçısı həbs olundu, bəs etmir...” -  Deputatdan sərt sözlər

 14:21 29.02.2024     229

"Vətəndaşların mülkiyyət hüququ bəzi məmurlar tərəfindən pozulur. Məsələn, keçmiş icra başçısının sərəncamı əsasında torpaqlar verilib, yeni başçı və yaxud məmur baxır ki, bu torpaq istifadəsizdir, ya onun sahibi xaricdə olduğu üçün istifadə etmir”. 

Redaktor.az yenisabah-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Naqif Həmzəyev bildirib. 

“Vətəndaşların hüquqları bu məsələdə pozulmalı deyil. Bu istər-istəməz vətəndaşları bizə qarşı soyudur. Bu məsələləri lazımi dairələrə çatdırmaq lazımdır ki, məmurlar qorxub çəkinsinlər. 7-8-i həbs olundu, təəssüflər olsun ki, bəs etmir, bu yolu davam etdirirlər. Bu bizə yaraşmır, dəyişməliyik",- deyə o bildirib.