1 milyon 200 min məhkəmə qərarı icrasını gözləyir - Zahid Oruc
![](https://img.redaktor.az/news/2024/02/photo_233393.jpg?v=MDM6MjIyMDI0LTAyLTI5IDE1OjEzOjUz)
1 milyon 200 min məhkəmə qərarı icrasını gözləyir.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, bu, çox böyük rəqəmdir:
"Bu, dövlətin adından çıxarılmış qərardır. Vətəndaş görürsə ki, dövlət adından çıxan qərar icra olunmur, alternativ yollar axtarır. Özəl icra qurumlarının yaradılması təklif edilirdi, bunu etmək mümkün idi. O zaman bu qədər qərar ayları, illəri gözləməzdi".