Daha bir vəzifəli şəxs işdən çıxarıldı

 12:46 01.03.2024     266

Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov işdən çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Həsən Seyidov əmr imzalayıb.

Şöbə müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Culfa Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Füzuli Hüseynliyə həvalə olunub.