Buraxılış imtahanının keçirildiyi məktəblərin qarşısındakı yollar nəzarət altındadır

 11:24 03.03.2024     377

Ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət nəzarət altındadır.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, Mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsi ilə həmin yollar diqqətdə saxlanılır. Hazırda imtahanın keçirildiyi təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir.