Himalay Məmişov infarkt keçirib? - Rəsmi açıqlama
Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən infarkt keçirməsi ilə bağlı məlumat yayılıb.
Redaktor.az xəbər verir ki, qurum fondun sədri H. Məmişovun bir neçə gün əvvəl İsveçrədə olduğunu təsdiqləsə də, yayılan məlumatı təkzib edib.
Qeyd edilib ki, DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.