Xərçəngdən əziyyət çəkən məşhur müğənninin vəziyyəti AĞIRLAŞDI

 11:43 04.03.2024     494

Müğənni Zeynəb Həsəninin səhhəti pisləşib. 

Redaktor.az xəbər verir ki, bu barədə aparıcı Zaur Nəbioğlu “Rəngarəng səhər” verilişində məlumat verib. 

O qeyd edib ki, Zeynəbin verdiyi analizin cavabları yaxşı çıxmayıb və bu səbəbdən müğənni yenidən Türkiyəyə yollanıb. 

Qeyd edək ki, xərçəng xəstəsi olan Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub.