Bu xəstəxanaya yeni baş həkim təyin EDİLDİ

Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olunub.
Redaktor.az xəbər verir ki, Əliyeva Yeganə Ağabala qızı Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi təyin edilib.
1965-ci ildə Salyanda anadan olan Y.Əliyevə 35 ilə yaxındır ki xəstəxanada cərrah-həkim kimi fəaliyyət göstərib.
Qeyd edək ki, bundan əvvəl xəstəxananın baş həkimi Nurlan Hüseynov idi (report).