Suyu necə gəldi işlədənlərin nəzərinə! - Sayğac qoyulacaq

 16:51 04.03.2024     533

Bir neçə gün əvvəl saytımıza açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirmişdi ki, bu gün abonentlərin təxminən 10 faizi sayğacsız abonentlərdir.

"Yəni orada suyu gecə-gündüz necə gəldi işlədirlər. Bu kimi hallar var. Xüsusən də, su ehtiyatlarının azaldığı bir dövrdə sudan qənaətlə istifadə vacibdir", - deyə o vurğulayıb.

Bəs, abonentlərin 10 fazi nə üçün sayğacsızdır? Nə zaman sayğaclaşma prosesi aparılacaq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, 10 faiz təxminən 180 min abonent edir.

"Onları bu il və gələn il ərzində sayğacla təmin edə biləcəyik", - deyə "Azərsu" rəsmisi bildirdi.

Humay İSGƏNDƏRLİ