Sabah üç rayonun bəzi ərazilərində qaz KƏSİLƏCƏK

 23:19 04.03.2024     280

Sabah Quba, Samux və Saatlı rayonlarının bir hissəsinin qaz təminatında fasilə yaranacaq.

Bu barədə Redaktor.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Quba rayonunun Nügədi kəndində istismarda olan d-219 mm-lik qaz xəttində, Samux rayonunun Ziyadlı, Qovlarsarı və İstixana kəndlərindəki qaz xəttində, Saatlı rayonunun kəndlərini təbii qazla təmin edən diametri 315 mm-lik PE orta təzyiqli “Qarayevkənd” yeraltı qaz kəmərində “Təmiz-Qaz” QSC tərəfindən aşkar edilmiş sızmalarının ləğvi ilə əlaqədar 05.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.