"Avropa Azərbaycana möhtacdır" - Komitə sədri

 11:32 05.03.2024     211

“Bu gün Azərbaycan Avropanın qaz təminatında açar rolunu oynamaqdadır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

“Nazirlərin ölkəmizdə keçirilən iclasında İlham Əliyev ölkəmizin enerji təminatını bir daha dünyaya təqdim etdi. Azərabycan 8 ölkəyə qaz ixrac edir, ondan 6-sı Avropa ölkəsidir. Avropa Azərbaycana demək olar ki, möhtacdır. Avropa deputatları, təəssüf ki, bunun fərqində deyillər. Səsləndirilən saxta bəyanatlarda Avropa parlamenti özünü tamamilə nüfuzdan salıb. Bəyanatları münasibətlərə kölgə salır, Avropa parlamenti və ölkələri bilməlidir ki, bu, onları gələcəkdə enerjisiz qoya bilər”,- deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ