Ombudsmana müraciətlər artıb

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üzrə məruzəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Redaktor.az xəbər verir ki, məruzə barədə Ombudsman Səbinə Əliyeva məlumat verir.
O bildirib ki, ötən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub:
“2022-ci illə müqayisədə müraciətlərin sayı 10 faiz artıb. Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və müvafiq tədbirlər həyata keçirilib. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb”.
Humay İSGƏNDƏRLİ