"Onlar fəaliyyətlərinə görə Allahın qəzəbinə düçar olacaq və qan qusacaqlar" - Deputatdan sərt REAKSİYA

 12:30 05.03.2024     344

"Azərbaycanda müəyyən tikinti şirkətlərinin icazə almadan söküntü və tikinti işləri aparırdığı hər kəsə məlumdur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Çox sayda qanunsuz fəaliyyət göstərən tikinti şirkətləri var. İndi heç bir dövlət orqanları bu şirkətlərin fəaliyyətini dayandırmaq gücündə deyil. Məsələ ilə bağlı çıxarılan məhkəmə qərarları da icra olunmur. Dövlət ehtiyacları üçün mülkiyyətin özününkiləşdirilməsinə sadəcə öncədən onun dəyərini ödəməklə yol vermək mümkündür. Bəzi tikinti şirkətləri onlara heç kimin toxunmayacağına arxayındırlar. Lakin bilmirlər ki, onlar fəaliyyətlərinə görə Allahın qəzəbinə düçar olacaq və qan qusacaqlar", - deyə deputat bildirib.

Deputat qeyd edib ki, bir müddət əvvəl Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirəzbəylinin həyat yoldaşı və baldızının adına olan ev içərisindəki əşyalarla birlikdə sökülüb.

Humay İSGƏNDƏRLİ