"Azərbaycan jurnalistlərinin xaricə çıxışı çox məhduddur" - Azay Quliyev

 12:57 05.03.2024     192

“Azərbaycana qarşı informasiya müharibəsi aparılır, ölkədəki media subyektlərinin bununla bağlı mübarizəsi danılmazdır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclsında deputat Azay Quliyev deyib.

“Xaricdə Azərbaycan haqqında yazılanları görürük. Amma Azərbaycan analitiklərinin, jurnalistlərinin xaricə çıxışı çox məhduddur. Avropada yazılanların 50 faizi Azərbaycanın əleyhinədir. Bu sahədə olan analitik yazarlarımız Azərbaycanın milli maraqları ilə bağlı daha çox mübarizə aparmalıdırlar”.

Humay İSGƏNDƏRLİ