Deputatlar yeni qəsəbənin yaradılmasına razılıq verdilər

 13:36 05.03.2024     210

Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsi “Şəfəq” qəsəbəsi adlandırılacaq.
 
Redaktor.az
xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində qeyd olunub.
 
Həmin əraziyə qəsəbə statusunun verilməsi planlaşdırılır.
 
Qanun layihəsində qeyd edilir ki, rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi "Şəfəq" adlandırılsın. Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin. Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

Deputatlar yeni qəsəbənin yaradılmasının lehinə səs veriblər.

Humay İSGƏNDƏRLİ