Ötən il internatda yaşayan 38 uşaq bioloji ailəsinə qaytarılıb

 19:00 05.03.2024     196

Ötən il internat tipli ümumi təhsil müəssisələrində yaşayan 38 uşaq bioloji ailəsinə qaytarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Məlumatda qeyd edilib ki, 2023-cü il ərzində Sosial Xidmətlər Agentliyi səlahiyyətləri çərçivəsində internat tipli ümumi təhsil müəssisələrində yaşayan 38 nəfər uşaq bioloji ailəsinin himayəsinə qaytarılıb. Eyni zamanda, hesabat ilində 17 uşaq Agentliyin qərarına əsasən Nazirliyin göndərişi ilə dövlət uşaq müəssisəsinə yerləşdirilib.