"Şəhid ailəsi üzvləri anlayışı dəqiqləşdirilməlidir" - Deputat
"Şəhid ailəsi üzvləri anlayışı dəqiqləşdirilməlidir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
“Çünki şəhidin ailə üzvləri dedikdə müəyyən tənzimləmə var. Amma bizə müraciət edənlər adətən şəhidin qohumları olur. Ona görə bu anlayışa yenidən baxılsa, yaxşı olar”, - deyə millət vəkili qeyd edib.