Xankəndidə ermənilərin məhv etdikləri Azərbaycan qəbiristanlığından VİDEOREPORTAJ

 22:01 06.03.2024     346

Erməni separatçıları işğal dövründə Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığını tamamilə dağıdıblar.

Redaktor.az xəbər verir ki, düşmən 30 ildən çox işğal altında saxladığı şəhərdə azərbaycanlılara məxsus məzarlıqları dağıdaraq viran qoyub. İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv ediblər.

Qəbirlərin başdaşlarını sındırıblar, oğurlayaraq aparıblar, məzarları isə qazıblar. Bir çox qəbirdaşları isə tanınmaz hala salınıb.

Qəbiristanlığı ziyarət edən Xankəndi sakinləri doğmalarının məzarlarını tapa bilməyiblər. 

Ətraflı Baku TV-nin süjetində: