"Azəriqaz" yanında İctimai Şuranın üzvləri Gəncədə olublar - FOTO

 12:29 07.03.2024     227

SOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şuranın sədri və üzvlərinin paytaxtdan kənar ilk səfəri  ölkənin 2-ci ən böyük şəhəri olan Gəncəyə baş tutub. İctimai nəzarəti həyata keçirən Şura üzvləri səfər çərçivəsində Gəncə Regional qaz istismarı İdarəsində olublar.

Redaktor.az-a birlikdən  verilən məlumata görə, əvvəlcə İdarənin şöbələri tək-tək ziyarət olunaraq əməkdaşların iş şəraiti, onları narahat edən problemlər və istehlakçılar tərəfindən ünvanlanan müraciətlərin statistikası ilə maraqlanılıb. Bildirilib ki, SOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şura tək istehlakçıların deyil, həm də Birliyin əməkdaşlarının hüquqlarının qorunmasına xidmət edir.
Şöbələrlə tanışlıqdan sonra Gəncə RQİİ-nin xidmət sahələrinin rəisləri ilə görüş baş tutub. Görüş çərçivəsində xidmət sahələrinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, qaz təchizatında üzləşilən çətinliklərdən danışılıb. İctimai Şura üzvləri öz növbəsində təkliflərini xidmət sahəsi rəislərinin diqqətinə çatdırıblar.

2222