“Azəriqaz”a yeni baş direktor TƏYİN EDİLDİ

 13:23 11.03.2024     450

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.

Bunu Redaktor.az-a “Azəriqaz”dan təsdiq ediblər.

Onu bu vəzifədə İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədov əvəz edib.

A. Məmmədov 2023-cü ilin mart ayına qədər “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.