Həbsdəki generalın bacısı oğlu rəis  TƏYİN EDİLDİ

 17:20 11.03.2024     560

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə rəis təyin edilib.

Redaktor.az xəbər verir ki, "unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Samir Həsənov 15-ci bölmənin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinatadək Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Samir Həsənov həbsdə olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.