Məşhur polkovnik-leytenant vəfat etdi - FOTO
![](https://img.redaktor.az/news/2024/03/photo_234681.jpg?v=MDQ6MDgyMDI0LTAzLTEzIDEwOjI2OjE0)
I Qarabağ müharibəsi qazisi vəfat edib.
Redaktor.az xəbər verir ki, polis polkovnik-leytenantı, "Azərbaycan Bayrağı" ordenli qazi, Xocalı fədaisi Bəxtiyar Qulu oğlu Aslanov dünyasını dəyişib.
Qeyd edək ki, 1992- ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü olan B.Aslanov Xocalının müdafiəsi uğrunda mübarizə aparıb.
Fevralın 25-i axşam ermənilər Xocalıya hücum edən zaman Əlif Hacıyev və onun dəstəsi səhər saatlarına qədər düşmənə müqavimət göstərib. Əlifin döyüş yoldaşı Bəxtiyar Aslanov da düşmənlə sona qədər döyüşür. B.Aslanov döyüşlər vaxtı 6 güllə yarası alıb və 14 ay hospitalda yarıhuşsuz vəziyyətdə yatıb /olke.az/.
![2](https://img.redaktor.az/gallery/2024/03/234681_65f1421008685.jpg)
![2](https://img.redaktor.az/gallery/2024/03/234681_65f142100873e.jpg)
![2](https://img.redaktor.az/gallery/2024/03/234681_65f1421008802.jpg)