Nazir Yasamalın rəisini yüksək vəzifəyə TƏYİN ETDİ

 12:31 13.03.2024     563

Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin edilib.

Redaktor.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Yasamal Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cəmil Əmirov təyin olunub.