Azərbaycanda “TikTok” istifadəçilərinin sayı açıqlandı

 14:26 14.03.2024     234

Azərbaycanda “Tiktok” istifadəçilərinin sayı 6.10 milyondur.

Redaktor.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə 230-dan artıq ölkədə monitorinqlər aparan şirkətin ölkəmizlə bağlı rəsmi hesabatında qeyd olunub.

 

Bundan başqa, Azərbaycanda “TikTok” sosial şəbəkəsinin reklamları əhatəsi də açıqlanıb. Məlumatda qeyd olunub ki, yayımlanan "Tiktok" reklamlarının 80 faizi abonentlərə çatır.

Qeyd edək ki, hazırda ölkədə “TikTok” istifadəçilərinin 46.7 faizini qadınlar təşkil edir.