MİDA rəhbərinin qardaşı işdən çıxarıldı - FOTO

 17:16 14.03.2024     392

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadıq Sadıqovun qardaşı Rauf Sadıqov Sumqayıt şəhər 4 saylı xəstəxananın baş həkimi vəzifəsindən çıxarılıb. 

Redaktor.az xəbər verir ki, qaynarinfo-ya daxil olan məlumata görə, Rauf Sadıqov yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. 

Xəsətəxanın baş həkimi vəzifəsinə isə Əbdürrəhim Cəfərov təyin edilib.