Vahid Əhmədov seçiciləri ilə görüşdü - FOTO

 10:49 15.03.2024     331

Millət  vəkili  Vahid  Əhmədov  və  Quba  rayon  İcra  Hakimiyyəti  başçısı  İlqar  Mahmudov   Quba  rayonunun  Tüləkəran  və  ətraf  kəndlərinin  sakinləri  ilə  görüşüb.

Redaktor.az xəbər verir ki, izdihamlı  keçən  görüşdə  rayon  icra  hakimiyyətinin  kollektivi, media  nümayəndələri  də  iştirak  edib. Millət  vəkili  Vahid  Əhmədov  və  Quba  rayon  İcra  Hakimiyyətinin  başçısı  İlqar  Mahmudov, prezident  İlham  Əliyev  tərəfindən  bərpası  üçün  vəsait  ayrılan  Amsar-Əski İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran avtomobil yolunda  görülən  işlərlə  tanış  olub, işlərin  ilin  sonunda  tam  olaraq  yekunlaşacağı  bildirilib. Kənd  sakinləri , dövlət  başçısı  İlham  Əliyevin  Quba  rayonuna  göstərdiyi  qayğını  bir  daha  yüksək  qiymətləndirərək  Vahid  Əhmədovdan  onların  təşəkkürlərini  prezidentə  çatdırmağı  xahiş  edib.Vahid  Əhmədov  kənd  sakinlərinin  təşəkkürlərini  çatdıracağını  bildirərək, Qarabağ  və  Şərqi  Zəngəzurun  bərpası  və  inkişafı  üçün  dövlət  büdcəsindən  böyük  vəsaitlərin  xərcləndiyi  bu  dövrdə,yolun  təmiri  üçün  ayrılan  vəsaitin, prezident  İlham  Əliyevin  Quba  rayonuna  olan  diqqət  və  qayğısının  göstəricisi  olaraq  vurğulamışdır.

Millət  vəkili,daha  sonra  Elm  və  Təhsil  Nazirliyinin  Quba-Xaçmaz  Regional  Elm  və  Təhsil  İdarəsinin  təşkilatçılığı  ilə  keçirilən  "Gəncliyimizin baharı "adlı Novruz festivalında  iştirak  edib.Olduqca  maraqlı  təşkil  olunan  festivalda  Azərbaycanın  müxtəlif  bölgələrinə  aid  olan  milli  yemək, çərəz  və  şirniyyat  növləri  nümayiş  etdirilib,müxtəlif  idman  növləri  üzrə  idmançılar  öz  məharətlərini  göstərib.

Günorta  saatlarında  deputatın  Quba  şəhərində  yerləşən  ofisində  seçiciləriylə  təkbətək  qəbulu  baş  tutub. Quba, Xaçmaz, Şabran  və  ətraf  rayonlardan  gəlmiş  114  nəfər  sakin, deputat  tərəfindən  fərdi  qaydada  qəbul  edilərək, onların  şikayətləri  dinlənilib. Qəbul  zamanı  qaldırılan  məsələlərin  əsasını  bank  məsələləri, evlərin  təmirinə  köməklik, məhkəmə  qərarlarının  icrası  zamanı  yaranan  qanun  pozuntuları, sosial  yardımların  və  əlilliyin  təyini  ilə  yaranan  çətinliklər  təşkil  edib.Bu  dəfəki  qəbulda, işsizlik  problemi  ilə  əlaqədar  müraciət  edən  vətəndaşların  sayında  çoxluq  qeydə  alınıb. Quba  rayon  İcra  Hakimiyyətinin    və  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  rəhbərlikləri  ilə  əlaqə  saxlanılaraq  bir  çox  məsələlər  yerindəcə  həllini tapıb, həlli  vaxt  tələb  edən  məsələlər  isə  nəzarətə   götürülərək  aidiyyəti  qurumlara  müraciətlərin hazırlanması  üçün  köməkçiyə  tapşırıqlar  verilib.

Günün  ikinci  yarısında  Quba-Yay  şadlıq  sarayında  millət vəkili  Vahid Əhmədovun  təşəbbüsü  ilə iftar  süfrəsi  təşkil  olunub. İftar  süfrəsində  Quba  rayon  İcra  Hakimiyyətinin  başçısı  İlqar  Mahmudov, rayon  icra  hakimiyyətinin  məsul  şəxsləri, hüquq- mühafizə  orqanlarının  rəhbərləri ,ictimaiyyət  və digər  dini  konfessiyaların  nümayəndələri ,şəhid və qazi ailələri  iştirak  edib. İftar  süfrəsi  rayonun axundu  tərəfindən  “Qurani-Kərim”dən  ayələrin  və  Ramazan  duasının  oxunması  ilə  başlayıb.Ramazan  ayının  mərhəmət, bərəkət, dostluq  və  həmrəylik  ayı  olduğu  qeyd  edilib. İftar  süfrəsində  iştirak  edən  şəhid  ailələri  və  qazilər,Vahid  Əhmədova  onlara  göstərdiyi  diqqət  və  qayğıya  görə  bir  daha  təşəkkür  edib. Sonda, iftar süfrəsində iştirak edən hər kəsə minnətdarlığını bildirən millət vəkili,Allahdan tutulan oruc və edilən duaların qəbul edilməsini niyyət edib.

Həmidə İBRAHİMLİ  

    

222222