Məhkəmə Ələsgər Məmmədli barədə qərar verdi

 13:14 15.03.2024     404

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb.

Redaktor.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib.

Məhkəmə şikayəti əsaslı hesab etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

Qeyd edək ki, Ə. Məmmədli qaçaqmalçılıqda ittiham edilir.