Sabahdan Azərbaycan telekanalları yeni TV standartına keçir

 13:32 15.03.2024     518

16 mart 2024-cü il tarixində gecə saat 01.00-dan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək.

Bu barədə Redaktor.az-a Audiovizual Şuradan məlumat verilib.

Qeyd edilib ki, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaqdır.

Keçidin əsas məqsədi dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, ölkəmizdə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.

Vumart və Güvən reklamı Vumart Güvən