"Ödənişli yolda maşını saxlamaq üçün yer yoxdur" - Deputat
“Son 3 ilin hesabatında azad edilmiş ərazilərdə də görülmüş işlər qeyd olunur”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.
O bildirib ki, keçmiş məcburi köçkünlərin qayıdışını görən hər kəs sevinir:
“Keçən il hökümətdə qaldırdığımız məsələlərə şərh verildiyinə görə təşəkkür edirəm. Hesabatı məqbul hesab edirəm. Seçicilərimi narahat edən məsələləri diqqətə çatdıram. İlk növbədə Qusara göstərilən qayğıya görə təşəkkür edirəm. Qusar tursitlərin ən çox getdiyi rayonlardan biridir. Şahdağ turizm mərkəzinə gedən yola bitişik yolun yenidən qurulması çox vacibdir. İkinci məsələ, Qusarın qazlaşdırılmasıdır. Yeni rəhbərdən Qusarın qazlaşmasına diqqət ayrılmasını xahiş edirəm. Ödənişli yolda dayanıb istirahət üçün, maşını saxlamaq üçün yer yoxdur. O yolda avtomobili saxlamaq çox təhlükəlidir. Bu baxımdan yolun hər iki tərəfində dayanacaqların tikilməsini təklif edirəm”.
Humay İSGƏNDƏRLİ