Milli Məclisdə nazirlərin deputatlar arasından seçilməsi təklif olundu

 16:15 15.03.2024     311

"Təəssüflər olsun ki, nazirlər millət vəkilləri arasından seçilmir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, bəzi ölkələrdə nazirlər parlament üzvləri arasından seçilir:

“Deputatlar əhaliylə, seçicisi olduqaları rayonun əhalisiylə əlaqləlidir. Deputatlar onlara ayrılmış yarım saatla ölkə gündəmini, seçicilərin probelmini və bir çox məsələdən danışırlar. Bu və ya digər problemlər hökümətə aid olsa da, onlara çatmır, ya da təhrif olunmuş şəkildə çatır. Cənab Prezident bildirdi ki, biz yeni dövrə başlayırıq. Yeni dövr deyiləndə, bu, sözdə deyil, işdə özünü göstərməldir”.

Humay İSGƏNDƏRLİ