"Deputatların istəkləri, xahişləri imkanlardan çoxdur” - Baş nazirdən CAVAB

 16:33 15.03.2024     285

“Qaldırılan məsələlərin hər birini səmimi şəkildə qəbul edirik”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov söyləyib.

“Hər il noyabr, dekabr aylarında hökümət büdcəni təqdim etmək üçün Milli Məclisə dəvət olunur. Burada bütün məsələlər müzakirə edilir. Qaldırılan məsələləri deyə bilmərik ki, yüzdə-yüz həll olunacaq. Amma imkanlar daxilində həll olunacaq. İstəklər, xahişlər imkanlardan çoxdur”, -deyə Baş nazir bildirib.

Humay İSGƏNDƏRLİ