Baş nazir kitabxanalara qarşıdır? - "Dövran dəyişib, internet var artıq"

 16:53 15.03.2024     381

“Hazırda 660-a qədər qəzalı məktəblər var”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov söyləyib.

“Qismət olsa, gələn il bu Məclisdə çıxış edərək deyəcəm ki, bunları həll etmişik. Yataqxanalarla bağlı məsələni isə FHN və Şəhərsalma İdarəsinə göndəririk. Sumqayıt, Gəncə və Bakıda köçürülmə ilə bağlı işlər görülür. Sumqayıtda 12 yataqxananın 6-sı liə məşğul olmuşuq, 3-ü köçürülüb, bir qisminə yardımlar olunub”, - deyə Baş nazir bildirib.

“Mədəniyyət ocaqlarına, kitabxanlara gəldikdə isə dövran dəyişib. İnternet var artıq. Bu, o demək deyil ki, kitabxanalara qarşıyam. Reallıqları nəzərə almaq  lazımdır” - deyə Əli Əsədov bildirib.

Humay İSGƏNDƏRLİ