"Quru sərhədlər bağlı qalacaq!" - Baş nazir

 16:52 15.03.2024     313

"2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Mən buna imza atmışam. Bu qanuna uyğun olaraq Baş nazir kimi səlahiyyətimdi".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Xatırladaq ki, parlamentin iclasında deputat Qüdrət Həsənquliyev quru sərhədlərinin bağlı qalmasından narahatlıq ifadə edib.

"2023-cü ildə ölkə sərhədləri heç bir səbəb olmadan qanunsuz olaraq bağlı saxlanılıb. Ötən il ÜDM-nin həcmində 1,1 % artım olub, Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə dünya üzrə bu 3,1 olub. Adambaşına düşən ÜDM-nin həcmi  0,5 % artıb bu da Avropa ölkələrindən 8-10 dəfə azdır. Əgər ciddi islahatlara getməsək, imtiyazlardan imtina etməsək, iqtisadiyyata hökumətin nəzarətinə son qoyulmasa bu artım tempi ilə Avropa yaşam standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq”, - o qeyd edib.

Humay İSGƏNDƏRLİ