Xl Qlobal Bakı Forumunun sonuncu günüdür

 09:43 16.03.2024     204

“Parçalanan dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun sonuncu günü keçirilir.

Redaktor.az xəbər verir ki, forumun son günündə “Regional perspektivlər: Avropa Birliyi və qonşuları”, “Qlobal çağırışlara davamlılığın artırılması: bərabərsizlik, resurs çatışmazlığı və miqrasiya ilə mübarizə”, “Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması”, “Gənclər danışır, biz dinləyirik” adlı dörd panel iclası keçirləcək.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 70-dən çox ölkədən 350-dən artıq nümayındəsi iştirak edir.