Qarabağda sənaye zonaları yaradılacaq

 17:14 18.03.2024     205

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye Parkıdır.