Azərbaycan-İran sərhədində buraxılış məntəqələrinin sayı artırıldı - QƏRAR

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb.
Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) siyahıya daxil edilib.