Tahir Mirkişili Avronest PA-da komitə sədri seçildi

 13:13 20.03.2024     293

Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında yeni komitə sədrləri seçilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.

“Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək”.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib.
 

Onun sözlərinə görə, Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclasında sədrlik növbəti 1 il üçün Azərbaycana keçib. Komitənin sədri Azərbaycan nümayəndə heyətinin sədri Tahir Mirkişili seçilib.

“Növbəti məruzə üçün Azərbaycan və Ukrayna nümayəndə heyətinin birgə təqdim etdiyi "Ukraynada və digər Şərq Tərəfdaşlığı ölkələrində konfliktlərdən təsirlənən məcburi köçkünlərin və mina qurbanlarının sosial və peşəkar adaptasiyasının dəstəklənməsi" mövzusu səs çoxluğu ilə qəbul edilib”, - T.Mirkişili qeyd edib.