Azərbaycanda “TikTok”a qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacaq? - RƏSMİ AÇIQLAMA
“TikTok” Azərbaycan seqmentində yeni şərtlərlə bağlı məlumatları təkzib edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.
“Yeni şərtlərlə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir”, - şirkətdən deyilib.