Yeraltı təkanların sayı hər gün artır -  Qurban Yetirmişli

 11:48 27.03.2024     461

Bu ilin ilk üç ayında iki mindən çox yeraltı təkan baş verib.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib.

Qurban Yetirmişli deyib ki, ölkə ərazisində yeraltı təkanların sayı günü-gündən artır:

"Lakin hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur".