Xocalıya ilk köçün tarixi açıqlandı
Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir: “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.