Gəncəyə dolu düşdü
Gəncəyə dolu yağıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu gün 18 radələrində güclü yağışdan sonra şəhərə dolu düşüb. Təxminən 5 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib.
Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.