Xocalıda qalıqları aşkarlanan 7 nəfərin dəfn mərasimi keçirildi

 11:40 31.03.2024     395

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin dəfn mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, soyqırımı qurbanları Xocalıda yeni salınan Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. (report)

Vumart və Güvən reklamı Vumart Güvən