Şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər müəyyən olundu

 19:26 31.03.2024     356

Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür: "Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyət yaradır".